Xəzər Xəbər

Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlandı

İqtisadiyyat | 12:04 • 15 Aprel 2021
Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlandı

“Hazırda Azərbaycanın yerüstü su ehtiyatları 30 kub kilometrdir”. 

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev "Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda vebinarda deyib. 

O bildirib ki, quraqlıq illərində bu göstərici 20-21 kub kilometr təşkil edir. Onun sözlərinə görə, planetin su balansının tənzimlənməsində yaşıllığın böyük rolu var: “Bununla bağlı hazırda “Yaşıl marafon” devizi altında gənclərlə birlikdə ağaclar əkilir. Bu ildən işğaldan azad olunmuş ərazilərdə də ağaclar əkilir. İlk olaraq Zəngilan rayonunda martın 9-dan ağaclar əkməyə başlamışıq. Payız mövsümündə də bu proses davam edəcək”. 

F. Əliyev suyun çirklənməsindən də danışıb. Nazir müavini qeyd edib ki, 1 kub metr çirklənmiş su 40 kub metr təmiz suyu sıradan çıxarır./apa

Xəbər lenti