Xəzər Xəbər

Qarabağda İranla Gömrük məntəqəsi açıla bilər RƏSMİ

İqtisadiyyat | 13:43 • 4 Mart 2021
Qarabağda İranla Gömrük məntəqəsi açıla bilər

"İran tərəfindən bizə müraciət daxil olub. Xüdafərin keçid postunun açılması ilə bağlı fikirlər söylənilib".

XəzərXəbər xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

Komitə sədri əlavə edib ki, hökumətlər arasında komissiyanın verəcəyi qərarlardan sonra İran İslam Respublikası ilə yeni postun açılma ehtimalı var:

"Bu postun açılma ehtimalı Qarabağa böyük qayıdışımızın inkişafı üçün önəmli qapılardan biri ola bilər. Bu barədə danışıqlar gedir".

Xəbər lenti