Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilərdə investisiya layihələri ilə bağlı 400-dən artıq müraciət var

İqtisadiyyat | 20:46 • 2 Mart 2021
İşğaldan azad edilmiş ərazilərdə investisiya layihələri ilə bağlı 400-dən artıq müraciət var

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir.

Xezerxeber.az xəbər verir ki, artıq investisiya layihələri ilə bağlı 400-dən artıq müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Yeni təşviq alətlərinin formalaşdırılması, o cümlədən sənaye parkları, sənaye məhəllələri, aqroparkların yaradılması ilə bağlı təkliflər hazırlanır.

Xəbər lenti