Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Ərdoğan Azərbaycanla bağlı daha bir VACİB SƏNƏDİ təsdiqlədi

Ərdoğanın imzaladığı qərara əsasən, Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib.
İqtisadiyyat | 376 | 09:38 • 2 Mart 2021
Ərdoğan Azərbaycanla bağlı daha bir VACİB SƏNƏDİ təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

Ərdoğanın imzaladığı qərara əsasən, Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb./Publika.az 

Çox oxunanlar

Bu gün hava necə olacaq?
90 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021