Bakı 1 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq

İqtisadiyyat | 151 | 10:52 • 27 Yanvar 2021
Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq

Hər ilin sonu və növbəti ilin əvvəlində daşınmaz əmlak bazarında müəyyən passiv bir vəziyyət yaranır və bu il də oxşar vəziyyəti müşahidə edirik.


XəzərXəbər xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.


Ekspert bildirib ki, hələ ki qismən aktiv olan sahə mənzil bazarıdır. O qeyd edib ki, proqnozlara əsasən, torpaq bazarının aktivləşməsi dövrü təqribən mart ayının əvvəllərinə təsadüf edəcək:


"Ancaq indiki halda hələ ki torpaq bazarında bir qeyri-dinamik vəziyyət var. Bununla belə məsələ burasındadır ki, bunun qiymətlərə hər hansı bir təsiri müşahidə olunmur. Mart ayında aktivlik olduğu halda qiymətlərə də təsir göstərə bilər, yəni torpaq qiymətlərində artım müşahidə oluna bilər".

Çox oxunanlar