Xəzər Xəbər

ABŞ neft qiymətlərinə dair proqnozunu artırıb

İqtisadiyyat | 17:44 • 10 Dekabr 2020
ABŞ neft qiymətlərinə dair proqnozunu artırıb

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu dəyişib.


Xezerxeber.az-ın Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, cari ildə "Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 41,43 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz isə 40,61 dollar/barrel idi.


EIA bildirib ki, ilin birinci rübündə "Brent”in orta qiyməti 50 dollar/barrel, ikinci rübdə 29 dollar/barrel, üçüncü rübdə 43,9 dollar/barrel olub. Gələn il isə "Brent” neftinin orta qiyməti 48,53 dollar/barrel olacaq. Əvvəlki proqnoz isə 46,59 dollar/barrel idi.


"Light” markalı xam neftin orta qiymətinin bu il 38,96 dollar/barrel, növbəti il isə 45,78 dollar/barrel olacağı gözlənilir. Ötənaykı proqnozda bu rəqəmlər 2020-ci il üçün 38,24 dollar/barrel, 2021-ci il üçün 44,24 dollar/barrel idi.


EIA neft qiymətlərinə dair proqnozda yuxarı istiqamətli dəyişikliyə qlobal neft tələbatının artmasının, OPEC və OPEC-ə üzv olmayan neft istehsalçılarının hasilatı azaltmağa davam etməsi qərarının və qlobal neft ehtiyatlarının azalacağı gözləntilərinin təsir etdiyi bildirib.

Xəbər lenti