Xəzər Xəbər

Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib

İqtisadiyyat | 16:12 • 11 Sentyabr 2020
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib

Bu ilin yanvar-avqust aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 439,6 mln. manat xərcləyib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37,7% və ya 120,3 mln. manat artıb. Təkcə avqust ayında isə əhaliyə 56,3 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da iyul ayı ilə müqayisədə 11,6% azdır.


Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

Xəbər lenti