Xəzər Xəbər

Assosiasiya: Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər

İqtisadiyyat | 15:25 • 28 İyul 2020
Assosiasiya: Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər

Azərbaycanda turizm şirkətləri müştərilərinə hələlik aviabilet sata bilmirlər.


Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.


Onun sözlərinə görə, "Türk Hava Yolları”nın turizm şirkətlərinə müraciətinə əsasən, turizm şirkətləri turistlərə biletləri yalnız avqust ayının 1-dən sonra sata bilərlər:


"Buna görə də hazırda turizm şirkətləri aviabiletlərin satışı sahəsində fəaliyyət göstərmirlər. Amma müştərilər özləri onlayn şəkildə bilet alaraq, sərbəst qaydada Türkiyəyə gedə bilərlər”.

Xəbər lenti