Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə xəstəliyə yoluxma riskini azaltmaq üçün tövsiyələr verib.
AQTA-dan xezerxeber.az-a verilən məlumata görə, açıq şəkildə satılan və qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanmalı, yalnız xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçi tərəfindən alıcıya təqdim olunmalıdır.
Soyuducuların temperatur rejiminə mütəmadi nəzarət edilməli, dondurulmuş qida məhsulları -18° C-də buzluqda saxlanmalıdır.
Qeyd edilib ki, donu açılmış qida məhsulları təkrar dondurulmamalıdır. Tullantılar isə vaxtında kənarlaşdırılmalı, tullantı qabları mütəmadi olaraq təmizlənib, dezinfeksiya edilməlidir.
Zallar, otaqlar da mütəmadi olaraq havalandırılıb, dezinfeksiya edilməlidir.