Xəzər Xəbər

Azərbaycan əhalisinin sayı açıqlandı

İqtisadiyyat | 15:31 • 10 İyun 2020
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycanda əhalininsayı açıqlanıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

2020-ci ilin əvvəlinə Azərbaycanda əhalinin sayı 10 milyon 67 min 100 nəfər təşkil edib. Əhalinin 5 milyon 28 mini kişilər, 5 milyon 39 min 100-ü qadınlardır.Hər 1000 kişiyə 1002 qadın düşür.

Ölkədə əhalinin ümumi sayından 22,4 faizi 0-14 yaşda, 70,4 faizi 15-64 yaşda, 7,2 faizi isə 65 və yuxarı yaşda olanlardır.

Əhalinin 24 faizini 14-29 yaşda olan gənclər təşkil edir.


Xəbər lenti