Xəzər Xəbər

Saltuk Düzyol: TANAP-ın ticarət əməliyyatları planlaşdırılmış qrafik üzrə davam edir

İqtisadiyyat | 15:11 • 7 İyun 2020
Saltuk Düzyol: TANAP-ın ticarət əməliyyatları planlaşdırılmış qrafik üzrə davam edir

TANAP layihəsi planlaşdırılan təqvimə uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan ilkin sərmayənin 45 faizinə qənaət edilməklə başa çatdırılıb.

Bu sözləri AZƏRTAC-a TANAP şirkətinin baş direktoru Saltuk Düzyol deyib.

Bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) pandemiyasının beynəlxalq iqtisadiyyatda və ticarət münasibətlərində böyük problemlər yaratmasına baxmayaraq, TANAP-ın 2018-ci il iyunun 30-dan başlayaraq ticarət əməliyyatların planlaşdırılmış qrafik üzrə heç bir ləngimə olmadan davam etdiyini diqqətə çatdıran baş direktor deyib: "TANAP layihəsinin maliyyələşdirilməsi üçün nüfuzlu beynəlxalq maliyyə qurumlarından kredit alınıb. Bundan başqa, Avropa İttifaqının "Ortaq məqsədli layihələr”i (PCI) çərçivəsində 10,2 milyon avro qrant qazanılıb. 2018-ci ilin iyunundan başlayaraq ticarət əməliyyatları planlaşdırılmış qrafik üzrə davam etməkdədir. Bu ilin mayınadək TANAP-la Azərbaycandan Türkiyəyə daşınan təbii qazın həcmi 5.13 milyard kubmetr olub”.

Xəbər lenti

Çox oxunanlar