Xəzər Xəbər

BNA: Pandemiya dövründə 48295 nəqliyyat vasitəsi cərimələnib

İqtisadiyyat | 18:26 • 4 May 2020
BNA: Pandemiya dövründə 48295 nəqliyyat vasitəsi cərimələnib

"Bakı Nəqliyyat Agentliyinin əsas vəzifəsi nəqliyyat vasitələrini cərimələmək deyil. Əsas məqsəd tıxac və nəqliyyat axınının fasiləsizliyini təmin etməkdir”.


Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. 

Onun sözlərinə görə, pandemiya dövründə 48 295 nəqliyyat vasitəsinin cərimələnməsi qeydə alınıb: "Lakin bununla bağlı qərarlar verilməyib, çünki pandemiya dövründə idi. Bəzi nəqliyyat vasitələrinin xaotik şəkildə yol kənarında dayanması və yaxud ikizolaqlı yolun bir zolağını zəbt etməsi avtobusların hərəkətinə ciddi təsir. Bunun nəticəsində də biz istəmədən artıq məcburi halda cərimələri bərpa etməli olduq. Amma cərimənin konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Yəni nəqliyyat sıxlığı olmayan yerdə cərimə tətbiqi gec olacaq".

Xəbər lenti