Xəzər Xəbər

Karantin rejimi dövründə paytaxtda avtobuslarla 21,6 milyondan çox sərnişin daşınıb

İqtisadiyyat | 17:10 • 4 May 2020
Karantin rejimi dövründə paytaxtda avtobuslarla 21,6 milyondan çox sərnişin daşınıb

Martın 24-dən bu günədək paytaxtda avtobuslarla 21 milyon 652 min sərnişin daşınıb.

Xezerxeber.az xəbər verir ki, bu sözləri mayın 4-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, metronun bağlanması ilə əlaqədar express avtobuslar təşkil olunub, bu avtobuslardan da 2 milyonadək sərnişin istifadə edib.

Xəbər lenti