Xəzər Xəbər

Pandemiyadan sonra heç nə təsəvvür edilən kimi olmayacaq Gündəmi alt-üst edəcək hesabat

İqtisadiyyat | 18:36 • 30 Aprel 2020
Pandemiyadan sonra heç nə təsəvvür edilən kimi olmayacaq

87 ölkə koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ziyanı yalnız 2022-ci ildə aradan qaldıra biləcək.

Bunu Beynəlxalq Valyuta Fondu proqnozlaşdırıb.

BVF-nin 2020-ci il aprel tarixli hesabatına görə, dünya 2020-ci ildə yaşayacağı 3%-lik kiçilməni 2021-ci ildə gerçəkləşdirəcəyi 5,8%-lik böyümə ilə aradan qaldıracaq. Ötən ildəki iqtisadi həcm 2,6%-in üzərinə çıxacaq.

Yeni inkişaf edən bazarlar və inkişaf etməkdə olan ölkələr, ASEAN ölkələri, Yaxın Şərq və Mərkəzi Asiya, Səhraaltı Afrika bu ilin itkilərini 2021-ci ildə yerinə qoyacaq. Asiyanın inkişaf etməkdə olan ölkələri 2020-ci ildə 1% böyüyəcək, yeganə qrup olaraq 2021-ci ildəki 8,5% böyümə ilə ötən il səviyyəsinin 9,6% üzərinə çıxacaq.

Durumu ən çətin qruplar: Aİ və Avro bölgəsi

İnkişaf etmiş iqtisadiyyatlar, Avropa İttifaqı, Avro bölgəsi, G-7 və Avro bölgəsi xaricində başqa inkişaf etmiş ölkələr, Avropanın inkişaf etməkdə olan ölkələri, Latın Amerikası və Karib 2021-ci ildə böyüsə də, builki itkiləri qarşılaya bilməyəcək. Bunların içində 2021-ci ildə özünə ən az gələnlər Avro bölgəsi ilə Aİ olacaq. BVF-nin təxminləri gerçəkləşsə, bu il ən çox itki verən Liviya (58,7%) və Makao (29,6%) olacaq. Venesuela, Aruba, San Marino, Livan, Palau, Seyşellər və Yunanıstan 10%-dən az kiçiləcək.

Bu il virusun ən çox yayıldığı ölkələr olan İtaliya iqtisadiyyatının 9,1%, İspaniyanın 8%, Fransanın 7,2%, Almaniyanın 7%, İngiltərənin 6,5%, Kanadanın 6,2%, İranın 6%, ABŞ-ın 5,9%, Yaponiyanın 5,2%, Cənubi Koreyanın 1,2% kiçilməsi gözlənilir.

Buna qarşı Hindistanda 1,9%, Çində 1,2% böyümə ehtimal edilir. Quyana isə 52,8% böyümə ilə 2020-ci ilin ən yaxşı nəticə əldə edən ölkəsi olacaq.

2021-ci ilin proqnozları

2021-ci ildə çarxlar tərsinə dönəcək, 2020-ci ilin ən çox kiçilən iqtisadiyyatları olan Liviya və Makao müvafiq olaraq 80,7 və 32% böyüyəcək. Bu ölkələri Venesuela, Sudan, San Marino, Yunanıstan, Zimbabve, İtaliya, Niderland, Xorvatiya, Ukrayna, İspaniya, Meksika təqib edəcək.

Ən böyük iqtisadiyyatlara malik ABŞ 4,7%, Almaniya 5,2%, Kanada 4,2%, İngiltərə 4%, Yaponiya 3%, Fransa 4,5% böyüməyə rəğmən, 2020-ci ilin itkilərini aradan qaldıra bilməyəcək.

BVF çərçivəsindəki 194 ölkədən 87-si 2021-ci ildə 2019-cu ildəki səviyyəyə çata bilməyəcək. 87 ölkə isə 2020-ci ilin itkilərini bağlayaraq, 2021-ci ildə 2019-dan daha böyük iqtisadiyyata malik olacaq./publika.az

Xəbər lenti

Çox oxunanlar