Xəzər Xəbər

Turizm cənnətindən ŞAD XƏBƏR: iyun ayında...

İqtisadiyyat | 16:34 • 30 Aprel 2020
Turizm cənnətindən ŞAD XƏBƏR:

Yunanıstan 1 iyuldan etibarən qapılarını xarici turistlərə açıq elan edəcək.

Bu barədə ölkənin Turizm naziri Haris Teoharis danışıb.

Nazir bildirib ki, 4 maydan etibarən koronavirus pandemiyasına qarşı tətbiq olunan qadağalar yumşaldılmağa başlanacaq, 1 iyundan etibarən isə hotellər istifadəyə açılacaq: "Bu mövsüm digər illər kimi olmayacaq. Elə olacağını desəm, axmaqlıq etmiş olaram. Amma turizm mövsümünü açmaq üçün edə biləcəyimiz çox şey var”.

Nazirin ümidverici açıqlamalarına baxmayaraq, turizm sektorundakı iş adamları narahatdır. Onlar pandemiyadan qorxan turistlərin tezliklə səyahətə çıxmayacaqlarını bildirir.

Digər Avropa ölkələrinə nisbətən pandemiyadan ən az zərər çəkən Yunanıstanda 23 martdan bəri karantin tətbiq olunur.

Turizmin ən əhəmiyyətli gəlir qaynağı olduğu Yunanıstan hər il 34 milyon turist qəbul edir. Bu da ölkənin ümumi gəlirinin 10-12%-ni təşkil edir. Əhalinin beşdə-biri turizmdə çalışır./publika.az

Xəbər lenti