Xəzər Xəbər

Azərbaycanda istehlak kreditlərinin borc yükü azalıb

İqtisadiyyat | 13:12 • 10 Yanvar 2020
Azərbaycanda istehlak kreditlərinin borc yükü azalıb

2019-cu il dekabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər əhalinin nominal pul gəlirlərinin 13,4%-i həcmində olub.


Xezerxeber.az-ın Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, ev təsərrüfatlarına kredit qoyuluşunun əhalinin nominal gəlirlərinə nisbəti illik 2,2 faiz bəndi artıb.


Xatırladaq ki, 2019-cu il noyabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər əhalinin nominal pul gəlirlərinin 13,8%-i həcmində olub.


Qeyd edək ki, maliyyə kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşu illik ifadədə 28,6% artaraq 1 dekabr 2019-cu il tarixinə 6 814,6 mln. manat, ölkə əhalisinin nominal gəlirləri isə illik müqayisədə 7,4% artaraq cari il yanvar-noyabr ayları ərzində 50 845,1 mln. manat təşkil edib.

Xəbər lenti