Xəzər Xəbər

Oktyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

İqtisadiyyat | 13:14 • 26 Noyabr 2019
Oktyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Oktyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4549 olub.


Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 70-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4109-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 337-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 33-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Xəbər lenti