Əminəm ki, OPEC və bəzi qeyri-OPEC ölkələri ("OPEC plus”) ilə imzalanan neft hasilatının azaldılmasına dair müqavilənin müddəti uzadılacaq.
Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih deyib. Nazir Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumunda bildirib ki, neft bazarına dair Rusiya ilə müsbət danışıqlar olub: "Rusiya və Səudiyyə Ərəbistanı arasında neft bazarı ilə əlaqədar birgə anlayış mövcuddur. Nazirliklərimiz arasında tam razılıq var”.
O, OPEC və bəzi qeyri-OPEC ölkələri, xüsusilə də Rusiya ilə əməkdaşlığı davam etdirmək istədiklərini vurğulayıb: "Əminəm ki, OPEC və bəzi qeyri-OPEC ölkələri ilə imzalanan neft hasilatının azaldılmasına dair müqavilənin müddəti uzadılacaq”.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. "Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulub.