Xəzər Xəbər

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

İqtisadiyyat | 16:18 • 3 May 2019
Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Xezerxeber.az banka istinadən xəbər verir ki, mayın 1-nə AMB-nin valyuta ehtiyatları 5 milyard 789 milyon ABŞ dolları olub. Bu, ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 10,4 milyon dollar çoxdur.

Son bir ildə bankın valyuta ehtiyatları 323,2 milyon dollar artıb.

Xəbər lenti

Çox oxunanlar