Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Xezerxeber.az-ın məlumatına görə, aprelin 11-də qızılın qiyməti aprelin 10-u ilə müqayisədə 8,1777 manat artaraq 1 unsiya üçün 2222,4185 manat təşkil edib.
Gümüş 0,0584 manat bahalaşaraq 1 unsiya üçün 25,8824 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 25,857 manat artaraq 1540,574 manat, palladiumun qiyməti isə 0,629 manat azalaraq 2362,796 manat təşkil edib.
Ad | 11.04.2019 | 10.04.2019 | |
Qızıl | XAU | 2222,4185 | 2214,2415 |
Gümüş | XAG | 25,8824 | 25,824 |
Platin | XPT | 1540,574 | 1514,717 |
Palladium | XPD | 2362,796 | 2363,425 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.