Xəzər Xəbər

Türkiyənin neft idxalı azalıb

İqtisadiyyat | 12:44 • 28 Yanvar 2019
Türkiyənin neft idxalı azalıb

Türkiyənin neft və neft məhsulları idxalı ötən ilin noyabr ayında azalıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, noyabrda Türkiyənin ümumi neft və neft məhsulları idxalı əvvəlki ayla müqayisədə 19,3 faiz azalaraq 2 milyon 552 min ton olub. Ölkənin xam neft idxalı isə 24,2 faiz azalaraq 1 milyon 139 min ton təşkil edib.


Noyabrda Türkiyə ən çox xam nefti 322 min ton olmaqla İraqdan idxal edib, bu ölkəni 225 min ton ilə Qazaxıstan və 216 min tonla Rusiya izləyib.

Xəbər lenti

Çox oxunanlar