Xəzər Xəbər

Keçən ay OPEC üzrə neft istehsalı sutkada 33 milyon barrel olub

İqtisadiyyat | 14:35 • 13 Dekabr 2018
Keçən ay OPEC üzrə neft istehsalı sutkada 33 milyon barrel olub

Noyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 100 min barrel çoxalaraq sutkada 33 milyon 30 min barrelə çatıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.


Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 6 milyon 980 min barrel təşkil edib. Bununla da, noyabrda OPEC üzrə ümumi istehsal sutkada 40 milyon 10 min barrel olub.


Ötən ay OPEC üzrə hasilat artımı ən çox Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində baş verib. Səudiyyə Ərəbistanının neft istehsalı 410 min barrel artaraq sutkada 11 milyon 600 min barrelə çatıb. Birləşmiş Ərəb Əmirliklərinin hasilatı isə 110 min barrel çoxalaraq gündəlik 3 milyon 330 min barrel təşkil edib.


OPEC-ə üzv ölkələr arasında keçən ay neft hasilatı ən çox azalan ölkə isə İran olub. Bu ölkənin istehsalı 310 min barrel azalaraq sutkada 3 milyon 10 min barrelə düşüb.

Xəbər lenti