Xəzər Xəbər

Gələn il ABŞ-ın sutkalıq neft hasilatı 12,1 milyon barrel olacaq

İqtisadiyyat | 19:07 • 10 Noyabr 2011
Gələn il ABŞ-ın sutkalıq neft hasilatı 12,1 milyon barrel olacaq

2019-cu ildə ABŞ-ın gündəlik neft istehsalının orta hesabla 12,1 milyon barrel olacağı proqnozlaşdırılır.


Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.


EIA-nın hesablamalarına görə, ABŞ-ın neft hasilatı bu il sutkada orta hesabla 10,9 milyon barrel olacaq.


Qeyd edək ki, oktyabrda Birləşmiş Ştatların neft hasilatı gündəlik 11,7 milyon barrel səviyyəsinə çatıb. Bu göstərici ilə ABŞ Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyada ilk sırada yer alıb.


ABŞ-ın gündəlik neft istehsalı ötən il orta hesabla 9,4 milyon barrel olub.

Xəbər lenti

Çox oxunanlar