Xəzər Xəbər

125 ədəd mobil telefonu gizli keçirtmək alınmadı - VİDEO

İqtisadiyyat | 11:24 • 6 Dekabr 2018
125 ədəd mobil telefonu gizli keçirtmək alınmadı -

Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 250D" markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.

Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd "Samsung", 56 ədəd "X-inova", 28 ədəd "NYHN", 21 ədəd "Kgtel" və 19 ədəd "Odscn" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.


Xəbər lenti

Çox oxunanlar