Xəzər Xəbər

Bu şəxslər 3 il gəlir və mənfəət vergisi ödəməyəcək

İqtisadiyyat | 17:21 • 3 Dekabr 2018
Bu şəxslər 3 il gəlir və mənfəət vergisi ödəməyəcək

Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir.


XəzərXəbər xəbər verir ki, bu barədə Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu barədə keçirilən brifinqdə məlumat verib.


O bildirib ki, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.

Xəbər lenti

Çox oxunanlar