Bakı-Xarkov-Kiyev avtobus reysi ləğv olunub.
Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.
O bildirib ki, Bakı-Xarkov-Kiyev avtobus reysinə sərnişin tələbatı olmadığı üçün bağlanıb. Gələcəkdə ehtiyac yaranarsa reysin yenidən açılması nəzərdən keçirilə bilər.