Xəzər Xəbər

Çin yuanının məzənnəsinin zəifləməsi davam edir

İqtisadiyyat | 14:32 • 1 Noyabr 2018
Çin yuanının məzənnəsinin zəifləməsi davam edir

Çin milli valyutası - yuanın məzənnəsinin ABŞ dolları qarşısında zəifləmə prosesi davam edir.


AZƏRTAC Çin Xarici Valyuta Mübadilə Əməliyyatları Sisteminə istinadla xəbər verir ki, noyabrın 1-də 24 baza bəndi zəifləyən yuanın məzənnəsi 1 ABŞ dolları = 6,967 yuan səviyyəsinə düşüb. Bu, cari ildə yuanın ən aşağı məzənnəsidir.


Qeyd edək ki, bir neçə il ABŞ dolları qarşısında möhkəmlənən yuanın məzənnəsi 2015-ci ilin avqustundan (1 dollar = 6,2 yuan) zəifləməyə başlayıb.

Xəbər lenti

Çox oxunanlar