Xəzər Xəbər

Azərbaycan ixrac missiyası Türkiyəyə gedir

İqtisadiyyat | 14:56 • 23 Oktyabr 2018
Azərbaycan ixrac missiyası Türkiyəyə gedir
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Türkiyənin İstanbul şəhərinə təşkil olunub.


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, oktyabrın 23-dən başlayan ixrac missiyasına qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi səhələrində fəaliyyət göstərən 19 Azərbaycan şirkəti daxildir. Missiya çərçivəsində azərbaycanlı sahibkarlar türk iş adamları ilə ikitərəfli görüşlər keçirəcək, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.

İxrac missiyası oktyabrın 27-dək davam edəcək.

Xəbər lenti