Xəzər Xəbər

Mobil telefonların ölkəyə gizli gətirilməsi cəhdinin qarşısı alınıb

İqtisadiyyat | 16:12 • 16 Oktyabr 2018
Mobil telefonların ölkəyə gizli gətirilməsi cəhdinin qarşısı alınıb

Gömrükçülər mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Xanoba” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.


Baxış zamanı, Rusiya Federasiyası istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd "NANO BQ-1411” markalı mobil telefon aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti