Xəzər Xəbər

Arxangelsk vilayəti hökuməti ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq haqqında saziş hazırlanır

İqtisadiyyat | 20:48 • 29 Sentyabr 2018
Arxangelsk vilayəti hökuməti ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq haqqında saziş hazırlanır

Arxangelsk vilayətinin və Azərbaycan Respublikasının hökumətləri arasında əməkdaşlıq haqqında saziş hazırlanır


AZƏRTAC Arxangelsk vilayəti qubernatoru və hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Arxangelsk vilayətinin qubernatoru İqor Orlovla Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun görüşündə söhbət gedib.


Region başçısı deyib: "Saziş hazır olanda tərəflər onu imzalamaq üçün görüşəcəklər. Təmas nöqtələri tapmaq, yeni bazarı öyrənmək və fikir mübadiləsi aparmaq üçün Arxangelsk vilayətindən Azərbaycana biznes nümayəndə heyəti göndərilməsi planlaşdırılır. Tərəflər Pomorye diyarı ilə Azərbaycanın bir rayonu arasında qardaşlaşma haqqında saziş bağlanmasında da maraqlıdırlar”.

Xəbər lenti