Xəzər Xəbər

“Abşeron” yatağından hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur

İqtisadiyyat | 16:17 • 19 Sentyabr 2018
“Abşeron” yatağından hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur

Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron” qaz-kondensat yatağından hasilat 2020-2021-ci illərdə planlaşdırılır.


Xezerxeber.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.


O bildirib ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu hazırda "Abşeron” yatağında qiymətləndirmə və hasilat quyusunu qazır. "Total” şirkəti ilə birgə aparılan qazma işləri gələn il başa çatacaq. Yataqdan ilk hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur”.


Qeyd edək ki, "Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən "Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının - 326 milyard kubmetr qaz və 108 milyon ton kondensat olduğunu təsdiqləyib. İlkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə 5 milyard kubmetr qaz hasilatının nəzərdə tutulur. Yataqdan gündəlik 150 milyon kubmetrə yaxın, ildə isə təqribən 1,5 milyard kubmetr qaz yerli bazara çıxarıla biləcək.


"Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50 faiz) və "Total” (50 faiz) şirkətləridir.

Xəbər lenti

Çox oxunanlar