Xəzər Xəbər

“Gazprom”un təbii qaz istehsalı və ixracı artıb

İqtisadiyyat | 22:29 • 17 Sentyabr 2018
“Gazprom”un təbii qaz istehsalı və ixracı artıb

Yanvarın 1-i sentyabrın 15-i tarixlərini əhatə edən dövrdə Rusiyanın enerji nəhəngi "Gazprom”un təbii qaz hasilatı artıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə "Gazprom” məlumat yayıb.


Bildirilir ki, hesabat dövründə şirkətin təbii qaz istehsalı keçən ilin eyni tarixləri ilə müqayisədə 7,3 faiz artaraq 344 milyard kubmetrə çatıb. Bu dövrdə "Gazprom”un qeyri-MDB ölkələri üzrə təbii qaz ixracı da 5,8 faiz artaraq 141,3 milyard kubmetrə yüksəlib. Şirkətin daxili bazarda satdığı təbii qaz miqdarında isə 5,2 faizlik artım olub.


"Gazprom”un idarə heyətinin sədri Aleksey Miller daha əvvəlki şərhində şirkətin 2018-ci ilin sonuna qədər Avropaya 200 milyard kubmetr təbii qaz göndərərək ixracda rekord səviyyəyə çatmağı hədəflədiyini deyib.


Dünyanın ən böyük təbii qaz istehsalçısı olan "Gazprom” Avropanın qaz tələbatının təxminən 30 faizini ödəyir. Şirkət keçən il Avropaya 194,4 milyard kubmetr təbii qaz ixrac edib.

Xəbər lenti

Çox oxunanlar