Xəzər Xəbər

Bitkoin bahalaşmaqda davam edir

İqtisadiyyat | 11:19 • 6 Sentyabr 2018
Bitkoin bahalaşmaqda davam edir

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşmaqda davam edir.

Bitkoin 7,3 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,18% artaraq 7,37 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,72% və ya 281,19 dollaradək, "Ripple" 0,72% (0,33 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 0,11% (627,93 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 239 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür.

Xəbər lenti