Avqustun 24-də Bakı
Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli
notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən XəzərXəbər-ə verilən məlumata görə, hərraca çıxarılan notların həcmi 250 milyon
manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür.
Notlar sentyabrın 19-da ödəniləcək.
Hər bir bank tərəfindən
təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1
qeyri-rəqabətli) çox olmamalıdır. Hərrac zamanı notların buraxılışının
20 faizdən çox olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul
edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının
alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola
bilər.