Xəzər Xəbər

İctimai iaşə dövriyyəsi 4,8 faiz artıb

İqtisadiyyat | 13:57 • 23 İyul 2018
İctimai iaşə dövriyyəsi 4,8 faiz artıb

Yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,8 faiz artaraq 652,3 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 262,8 milyon manat olub.

Xəbər lenti

Çox oxunanlar