Xezerxeber.az bildirir ki, bu barədə iqtisadçı alim Vüqar Bayrmov münasibət bildirib.
Ekspert bildirib ki, eyni zamanda, digər operatorların da eyni gündə qiymət artımlarına getmələri məhz mobil kommunikasiya bazarının liberallaşdırılması vacibliyini bir daha artırır: "Təəssüf ki, sözügedən bazarda rəqabətin zəif olması mobil operatorların asanlıqla və hətta eyni gündə belə kəskin qiymət artımlarına zəmin yaradır. Digər tərəfdən, elektron iqtisadiyyatın inkişafının prioritet olduğu bir halda "Asan İmza”ya görə ayda 2.5 manat ödəmək elektron xidmətlərə marağı azalda bilər. Elektron xidmətlərin daha aşağı xərclər ilə əldə edilməsinin özü də prioritet olmalıdır. Təəssüf ki, son taarif artımları bundan xəbər vermir. Bütün bunları nəzərə aldıqda yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsələyə müdaxilə etməsi və taariflərin optimallaşdırılmasına nail olması çox vacibdir. Ümumiyyətlə, hökumət ASAN imzanı ləğv edilərək onun əvəzinə pulsuz elektron imza sisteminin tətbiqinə çalışmalıdır".