İyulun 4-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır.
Bu barədə xezerxeber.az-a "Azərbaycan Dəmir Yolları" ASC-dən məlumat verilib.
Sərnişin axınının artması ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17:00 və 21:40-da, Sumqayıtdan isə saat 17:50-də və 20:30-da yola düşən elektrik qatarları təyin edilir.