Xəzər Xəbər

Mərkəzi Bank 350 milyon manat cəlb edir

İqtisadiyyat | 13:31 • 22 İyun 2018
Mərkəzi Bank 350 milyon manat cəlb edir
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.


AMB-dən XəzərXəbər-ə verilən məlumata görə, iyunun 25-də keçiriləcək hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.


"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01 - 9,99% təşkil edir.

Xəbər lenti

Çox oxunanlar