Xəzər Xəbər

Bakı-Quba-Rusiya yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

İqtisadiyyat | 11:31 • 29 May 2018
Bakı-Quba-Rusiya yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, yolda hərəkət iş aparılan bir zolaq üzrə digər hərəkət zolaqları açıq olmaq şərti ilə hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Xəbər lenti

Çox oxunanlar