Xəzər Xəbər

Neftin qiymətinin bahalaşması artan tələbatı yavaşlada bilər

İqtisadiyyat | 11:58 • 20 Aprel 2018
Neftin qiymətinin bahalaşması artan tələbatı yavaşlada bilər

Neftin qiymətinin bahalaşması artan tələbatı yavaşlada bilər.


Xezerxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.


"Son həftələrdə neftin qiyməti təxminən 3,5 ilin maksimumuna çatıb. Lakin buna baxmayaraq bəzi neft istehsalçıları "qara qızıl”ı daha yüksək qiymətə satmağı arzulayır. Neftin qiymətinin bahalaşması isə öz növbəsində artan tələbatı yavaşlada bilər”, - deyə F.Birol qeyd edib.


O bildirib ki, neftin qiyməti indiki ilə müqayisədə daha yüksək olacağı təqdirdə ABŞ-da şist, Braziliyada isə açıq dənizdə neft istehsalı artacaq: "Qlobal neft bazarında artan tələbata baxmayaraq bu sektora investisiyalar hələ də azdır. Hər il köhnələn neft yataqları nəticəsində gündəlik 3 milyon barrel neft itkiyə gedir. Qlobal neft tələbatını ödəmək üçün gündəlik əlavə 1,5 milyon barrel neft istehsal etməyə ehtiyac var. Hazırda artan neft tələbatının üçdəbiri Asiya qitəsində formalaşır”.

Xəbər lenti