Xəbər verdiyimiz kimi,
bu gün Bakıda Azərbaycan-İran biznes forumu keçirilib. Forumda
Azərbaycan prezidenti İlham Əliyev və iranlı həmkarı Həsən Ruhani
iştirak edib. Tədbirdə əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən
işləri əks etdirən videoçarx göstərilib.
Prezidentlər Neftçala Sənaye Məhəlləsində inşa olunan "Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə "Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar. Bununla da zavod işə başlayıb.
Qeyd edək ki, Neftçala
avtomobil zavodu "Renault”, "Samand”, "Dena”, "Peugeot 206 və 207”,
"Renault Pickup” və "Renault Tondar” markalı avtomobillər istehsal
edəcək. Sirkətin səhmlərinin 25%-i İranın
"Iran Khodro” şirkətinə məxsusdur. Zavod müasir texnika ilə təchiz
olunub. Birgə müəssisənin illik istehsal gücü təxminən 10 min avtomobil
olacaq. İlkin mərhələdə şirkət 3 min, ikinci mərhələdə isə 5 min
avtomobil istehsal etməyi planlaşdırır.