Xəzər Xəbər

Kriptovalyuta bazarında nə baş verir? Virtual pullar çökür

İqtisadiyyat | 12:26 • 29 Mart 2018
Kriptovalyuta bazarında nə baş verir?

Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

Ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 8 min dollardan da aşağı düşüb.

Daha dəqiq desək, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,72% ucuzlaşaraq 7,756 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 4,46% və ya 430,01 dollaradək, "Ripple" 3,11% (0,562 dollara qədər), "Bitcoin Cash" isə 7% (824,62 min dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 290,83 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür. (trend)

Xəbər lenti

Çox oxunanlar