Xəzər Xəbər

Azəbaycanda əhalinin gəlirləri artıb

İqtisadiyyat | 12:42 • 16 Mart 2018
Azəbaycanda əhalinin gəlirləri artıb
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında əhalinin gəlirləri nominal ifadədə 10,2% artaraq 7 mlrd. 700,3 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, bununla da əhalinin hər nəfərinə orta hesabla 786,4 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 mlrd. 69,6 mln. manatlıq və ya əvvəlkindən 10,7% çox vəsait qalıb.

Xəbər lenti