ABŞ sutkalıq xam neft istehsalında Rusiyaya çatacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, ABŞ-ın neft hasilatının həcmi ötən illə müqayisədə 1 milyon 300 min barrel artıb: "Tezliklə ABŞ gündəlik neft istehsalında Səudiyyə Ərəbistanını keçəcək və bu ilin sonunda isə Rusiyaya çatması gözlənilir”.