Xəzər Xəbər

Polşada yeni qaz yataqları aşkarlanıb

İqtisadiyyat | 09:51 • 10 Fevral 2018
Polşada yeni qaz yataqları aşkarlanıb

Polşanın Pşemışl şəhəri yaxınlığında torpağın 2 min metr dərinliyində istismar edilməmiş qaz yataqları aşkarlanıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Polşanın "PGNiG” neft-qaz konserninin sədri yeni mənbənin onilliklər boyu qaz təminatına zəmanət verdiyini söyləyib.


Pşemışl yaxınlığındakı yataq 60 ildir ki, istismardadır. Yeni qaz yataqlarını qazma sahəsində innovativ üsulların tətbiqi nəticəsində aşkarlamaq mümkün olub. 2030 metr dərinlikdə yerləşən quyunu bu ilin əvvəlində qazıblar. "PGNiG” konserni ilin sonunadək daha 3 quyu qazmağı planlaşdırır.

Xəbər lenti