Xəzər Xəbər

Paytaxtda 78 yeni yol nişanı quraşdırılıb - FOTO

İqtisadiyyat | 14:46 • 27 Yanvar 2018
Paytaxtda 78 yeni yol nişanı quraşdırılıb -

Şəhər sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı müraciətlər əsasında bu ilin yanvar ayında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni 5.12 (Avtobusun dayanacaq yeri) yol nişanı quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilməsi zamanı quraşdırılıb.

Bununla yanaşı, 4 məntəqədə piyada keçidləri təşkil edilib. Keçidlərdən biri Kürdəxanı, digər üçü isə Binə qəsəbəsi Əli İsazədə küçəsindədir.

Xəbər lenti