Xəzər Xəbər

Bakının bir hissəsində su olmayacaq

İqtisadiyyat | 09:33 • 17 Yanvar 2018
Bakının bir hissəsində su olmayacaq

Bakının bir hissəsində su olmayacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, 17 yanvar 2018-ci il tarixində Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.

Buna səbəb Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsidir.

Xəbər lenti