"ABAD”ın yeni, sayca 6-cı sərgi-satış mərkəzi fəaliyyətə başlayıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən
XəzərXəbər-ə verilən məlumata görə, yeni sərgi-satış mərkəzi Qəbələ
rayonunun Duruca kəndi, "Tufandağ” dağ-xizək kurortunun ərazisində
yerləşir. Mərkəzdə təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı
nümünələri turistlərin böyük marağına səbəb olub.
Mərkəz
xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib,
işıqlandırılma sistemi quraşdırılıb. Sərgi-satış mərkəzində Azərbaycanın
ən müxtəlif regionlarından nəfis əl işləri, bal, mürəbbə və cemlər
təqdim olunub. Bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə
təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi "ABAD” leybli yerləşdirilib. Bu loqotip və "ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.
Qeyd edək ki, yeni sərgi-satış mərkəzinin art kafe kimi fəaliyyət göstərməyi də planlaşdırılır.