Xəzər Xəbər

Bitcoin bir günə 3 min dollar bahalaşdı – $15,3 min

İqtisadiyyat | 16:21 • 7 Dekabr 2017
Bitcoin bir günə 3 min dollar bahalaşdı

Dünya rəqəmsal birjalarında "Bitcoin” məzənnəsi yeni tarixi rekordunu təzələdi.

XəzərXəbər Coinmarketcap-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15:30 radələrində "Bitcoinin” qiməti artaraq 15 256$-a qədər yüksəlib. Bu da ötən günlə nisbətdə 3 min dollara yaxın artması deməkdir. Kriptovalyutanın bazar kapitalizasiyası hazırda$255,16 milyard dollardır.

Vaxti ilə "Bitcoin”ə rəqib sayılan "Ethereum” isə yenidən ucuzlaşır. Belə ki, adıçəkilən rəqəmsal pulun dəyəri hazırda$416.17 təşkil edir.

Xəbər lenti