Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov 24 noyabr 2017-ci il tarixində Boliviyada keçiriləcək Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısında iştirak edəcək.
Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, sammitdə qaz sənayesi və qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.